Prezident konvoyunda ağır QƏZA: 2 ölü var, biri polisdir - FOTO

Türkiyənin Anadolu avtomobil yolunun Çamlıdere-Gerede hissəsində prezidentlik karvanında faciə baş verib.

Prezident konvoyunda ağır QƏZA: 2 ölü var, biri polisdir - FOTO
Türkiyənin Anadolu avtomobil yolunun Çamlıdere-Gerede hissəsində prezidentlik karvanında faciə baş verib.

meqale.com türk mediasına istinadla xəbər verir ki, İstanbul istiqamətində hərəkət edən Prezidentlik Strategiya və Büdcə İdarəsinin direktoru İbrahim Şeneli müşayiət edən təhlükəsizlik maşını tankerin arxasına çırpılıb.

Qəza nəticəsində polis əməkdaşı İbrahim Güney və prezidentlik heyətinə məxsus avtomobilin sürücüsü Əhməd Ülger şəhid olub.

Hadisə yerinə dərhal çoxlu sayda təcili tibbi yardım və təhlükəsizlik qüvvələri cəlb olunub.

Qəzayla bağlı araşdırma başlanıb.