Priqojinin üsyanına Şoyqudan ilk açıqlama
Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Vaqner" Özəl Hərbi Şirkətinin silahlı qiyama cəhd etməsinə ilk dəfə münasibət bildirib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, "Bu planlar ilk növbədə ona görə baş tutmadı ki, Silahlı Qüvvələrin şəxsi heyəti anda və hərbi borcuna sadiqlik nümayiş etdirdi, - deyə Şoyqu açıqlama verib.
Açıqlamasının ardında Rusiyanın müdafiə naziri bildirib: "Təxribat qoşun qruplaşmalarının hərəkətlərinə təsir etməyib. Hərbçilər cəsarətlə və fədakarlıqla qarşılarına qoyulan vəzifələri icra ediblər".