Putin: "Bizə özgənin heç nəyi lazım deyil"
"Rusiyaya Ukraynada sülhün elə bir variantı lazımdır ki, o, ölkənin əmin-amanlığını təmin etsin".
meqale.com oxuya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Zaşitniki Oteçestva" fondunun əməkdaşları ilə görüşdə deyib.
"Biz özümüz üçün sülhün elə bir variantını seçməliyik ki, o, bizi qane etsin və ölkəmizin uzunmüddətli tarixi perspektivində əmin-amanlığını təmin etsin. Bizə özgənin heç nəyi lazım deyil, amma biz də özümüzə məxsus olanı verməyəcəyik" , - deyə Rusiya dövlət başçısı qeyd edib.