Putin miqrantlarla bağlı qərar verdi

Rusiyada miqrantlara hüquqi statuslarını tənzimləmək üçün verilən möhlətin vaxtı 133 gün uzadılıb.

Putin miqrantlarla bağlı qərar verdi
Rusiyada miqrantlara hüquqi statuslarını tənzimləmək üçün verilən möhlətin vaxtı 133 gün uzadılıb.

meqale.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmana əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada hüquqi statuslarını tənzimləmə müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.

Qeyd edək ki, Putinin ötən ilin sonunda imzaladığı fərmana əsasən, qanunsuz miqrantların hüquqi statuslarını tənzimləmək üçün aprelin 30-dək vaxt verilmişdi.