Putini Hindistanda belə qoruyacaqlar

Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri ilə əlaqədar Yeni Dehlidə pilotsuz uçuş aparatları və rabitə boğucuları da daxil olmaqla çoxsəviyyəli təhlükəsizlik sistemi qurulub.

meqale.com xəbər verir ki, prezidentin hərəkət edəcəyi bütün marşrutlarda yoxlamalar aparılır, dronlarla 24 saat müşahidə həyata keçirilir, snayperlər isə mövqelərdə növbə çəkirlər. Putinin təyyarəsi enən kimi "beşqatlı təhlükəsizlik konturu" işə düşəcək. Prezidentin mühafizəsini Hindistan Milli Qvardiyası və Yeni Dehli Polisi təmin edəcək.

Vladimir Putinin Hindistana rəsmi səfəri dekabrın 4-5-nə planlaşdırılıb. O, Hindistan Prezidenti Draupadi Murmu və Baş nazir Narendra Modi ilə görüşəcək və tərəflər bir sıra sənədlər imzalayacaqlar.