Putinin köməkçisi: Ər-Riyadda danışıqlar ikitərəfli olacaq

Rusiya və ABŞ arasında Ər-Riyadda danışıqlar ikitərəfli olacaq.

Putinin köməkçisi: Ər-Riyadda danışıqlar ikitərəfli olacaq
Rusiya və ABŞ arasında Ər-Riyadda danışıqlar ikitərəfli olacaq.

meqale.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və ABŞ nümayəndələri arasında Ər-Riyadda keçiriləcək danışıqlarda söhbət Ukrayna üzrə danışıqlara necə başlamaq barədə razılığa gəlməkdən gedir.

Uşakov Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin Ər-Riyadda Rusiya nümayəndə heyətinə qoşula biləcəyini də vurğulayıb.