Qadını geyiminə görə polis şöbəsinə buraxmadılar
Xüsusi hərbi əməliyyatın iştirakçısı olduğu üçün polisə gələn Tümen sakini xarici görünüşünə görə şöbəyə buraxılmayıb.
meqale.com bildirir ki, Tümen sakini Lyubov R. qardaşının döyüş biletini bərpa etmək üçün polisə müraciət etmək istəyib. Qadın şöbəyə girmək istəyəndə onu saxlayıblar və paltarının çox qısa olduğu iddia edildiyi üçün girişdən içəri buraxılmayıb.
Məlumata görə, polis ona, "Biz səni təhqir etməmişik. Siz gecə klubuna gəlməmisiniz" deyib. Qadın isə cavabında polis əməkdaşları üçün tətbiq edilən geyimə əməl etməyə borclu olmadığını bildirib.
Azərbaycanda bu müəllimlər 1000 manata yaxın maaş alır 2025-ci ildə DÖRD BÜRCƏ görün nələr vəd edildi "Həyat yoldaşım yanımda idi, sonra tapa bilmədim" - Qəzadan sağ çıxan Nurullah -VİDEO
"Mən yetkin qadınam, 18 yaşlı qız anasıyam. Mən 20 ildir evliyəm. Ali təhsilliyəm və nüfuzlu şirkətdə işləyirəm. Düşünürəm ki, mənə belə rəftar edilməyə layiq deyiləm", - deyə Lyubov R. qəzəblənib.