Qanuna dəyişikliklər edilərsə dərman vasitələrinin çeşidi artacaq - Rasim İsmayılov
Əminik ki, "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişikliklər qəbul olunarsa, dərman vasitələrinin çeşidi artacaq.
meqale.com Trend-ə istinadən bildirir ki, bu sözləri səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.
Nazir müavini bildirib ki, dəyişiklikdən sonra dərmanların qiymətlərinin aşağı düşüb-düşməməsi barədə nəsə deyə bilmərik.