"Qanuni oğru"nun oğlu müharibədə ÖLDÜ - FOTO

Rusiyalı "qanuni oğru" "Kostya Şram" ləqəbli Konstantin Vasilyevin oğlu 34 yaşlı Denis Vasiliyev Ukraynada döyüşlərdə həlak olub.

Rusiyalı "qanuni oğru" "Kostya Şram" ləqəbli Konstantin Vasilyevin oğlu 34 yaşlı Denis Vasiliyev Ukraynada döyüşlərdə həlak olub.

meqale.com bildirir ki, onun dəfn mərasimi fevralın 23-də Moskvada keçirilib.

Məlumata görə, İzmailovskaya mütəşəkkil cinayətkar qrupunun titullu liderinin oğlu fevralın 5-də Xarkov vilayətində Volçansk şəhəri uğrunda gedən döyüşlərdə həlak olub.

Bir il əvvəl, 2024-cü il fevralın 3-də Denis sonuncu dəfə Moskvada soyğunçuluğa görə həbs edilib.

Kiçik Vasiliyev küçədə böyüyüb və gənc yaşlarından atasının yolu ilə gedib. Ümumilikdə, o, qısa ömrü ərzində 5 dəfə, o cümlədən soyğunçuluq, xuliqanlıq, sağlamlığa müxtəlif dərəcəli ağır zərər vurma və öldürməklə hədələmə maddələri ilə məhkum edilib.