"Qarabağ"ın futbolçuları oyun günü nə yeyir? - Diyetoloq açıqladı
"Qarabağ" klubunun diyetoloqu İlqar Şamilov futbolçuların qidalanması ilə bağlı maraqlı detalları açıqlayıb. O, İctimai Televiziyada yayımlanan "OffTOP" podkastının qonağı olub.
meqale.com-ın xəbərinə görə, Şamilov bildirib ki, komandanın futbolçuları səhər yeməyində qırmızı şirin bibər yeməyə alışıb:
"Qırmızı şirin bibərdə olan C vitamini bir ədəd portağaldakından üç dəfə çoxdur", - deyə diyetoloq vurğulayıb.
Onun sözlərinə görə, futbolçunun cəmi 500 qram və ya 1 kiloqram artıq çəkisi belə performansa birbaşa təsir edir:
"Biz hər bir futbolçunu, şikayəti olsun-olmasın, fizioterapiya otağından keçiririk. Ayrı-ayrı söhbətlər aparılır, vəziyyətləri yoxlanılır," - deyə o, bildirib.
Diyetoloq həmçinin oyun günləri verilən xüsusi rasiondan danışıb: "Oyun günü futbolçulara az bişmiş çuğunduru zeytun yağı ilə birlikdə təqdim edirəm."
Şamilov bəzi futbolçuların qidalanmaya xüsusi həssaslıqla yanaşdığını da qeyd edib: