Qazaxda yol qəzası baş verib, bir nəfər ölüb
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, qəzada bir nəfər ölüb.
Hərəkətdə olan "Nissan" markalı avtomobillə "Ford" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza zamanı "Nissan"ın sərnişini, Bakı şəhər sakini -1978-ci il təvəllüdlü Elnur Nəzərov hadisə yerində ölüb.
Qeyd edək ki "Nissan" avtomobilindəkilər Bakıdan Qazaxa yas mərasiminə gedirdi.
Faktla bağlı araşdırma aparılır.