Qətl törədən azərbaycanlı ata-oğulla bağlı yeni QƏRAR

Rusiyanın Moskva şəhərinin Basmannı məhkəməsi Kirill Kovalevin qətlində təqsirləndirilən azərbaycanlı ata-oğul Şahin və Nizami Abbasovun həbs müddətini uzadıb.

meqale.com  bildirir ki, onların hər ikisi daha 4 ay həbsdə qalacaq.

Bundan əvvəl Rusiya İstintaq Komitəsi cinayət işi üzrə ibtidai istintaqın müddətini fevralın 18-dək uzadıb.

Qeyd edək ki, hadisə 2024-cü il aprelin 17-də baş verib. 21 yaşlı Şahin Abbasov Krasnodarskaya küçəsində çoxmərtəbəli binanın yaxınlığında səkidə maşın saxladığına görə ona irad bildirən baykeri bıçaqlayıb.

Bundan dərhal sonra o qaçıb və zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onu xilas edə bilməyiblər.