Qəzada ölən daha 2 nəfər dəfn olundu - FOTO

Xəbər verdiyimiz kimi, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan şəxslərin nəşi Azərbaycana gətirilib. 

meqale.com xəbər verir ki, faciə nəticəsində həyatını itirən 2002-ci il təvəllüdlü Əli Əlimirzəyevlə Qusar rayonunun Suduroba kəndində vida mərasimi keçirilib.

Onun nəşi Qusar rayonunun Suduroba kənd qəbiristanlığında dəfn olunub. Mərasimdə Ə.Əlimirzəyevin doğmaları, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, sözügedən təyyarə qəzasında Əli ilə birlikdə onun bacısı, 2005-ci il təvəllüdlü Xədicə də həyatını itirib.

X.Əlimirzəyevanın nəşi dekabrın 27-də Suduroba kənd qəbiristanlığında dəfn olunub.

1999-cu il təvəllüdlü Həbib İsmayılovun cənazəsi isə Ağdaş rayonunun Ərəb kəndində ailəsinə təhvil verilib.

Kənddə onunla vida mərasimi keçirilib. H.İsmayılovun nəşi Ərəb kənd qəbiristanlığında dəfn olunub.