Quşlar da xəyanətə görə ayrılırmış - Maraqlı araşdırma - FOTO

Çin və Almaniyadan olan ornitoloqlar 200-dən çox quş növünün davranışını təhlil edərək sensasiyalı açıqlamalar veriblər. Məlum olub ki, quşlar arasında "uzaq məsafədən sevgini" dəstəkləməyənlər və "xəyanəti bağışlamayanlar" var, dişi quş buna görə öz cütündən ayrıla bilər.

meqale.com oxuya istinadən bildirir ki, elm adamlarının sözlərinə görə, monoqam quşların 90%-i ən azı bir cütləşmə mövsümü üçün bir quşla yaşayır. Bunlar arasında "nümunəvi ailə başçısı" roluna tab gətirməyib, hələ də "başqalarına baxanlar" da olur. Belə olanda öz yuvasına gedən yol onun üçün əbədi olaraq bağlanır.

Alimlər "xəyanət"in daha çox erkəklərdə müşahidə olunduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu "xəyanəti" aşkar edən dişi erkəyi "bağışlamır" və "xəyanətkarı" özündən uzaqlaşdıraraq "boşanır".