Raci Şaşmaz bu azərbaycanlı kriminal avtoritetə aid film çəkir - FOTO
Türkiyənin vaxtilə ən baxımlı seriallarından olan "Kurtlar vadisi" serialının ssenaristi Bahadır Özdener, Raci Şaşmaz və serialın məsləhətçisi Soner Yalçın bir araya gəlib.
meqale.com metbuat.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Sina Koloğlu açıqlama verib. O bildirib ki, tərəflər mafiya hadisələrindən bəhs edən yeni serial çəkmək istəyirlər.
Məlumata görə, müzakirələri davam edən serialın sujet xətti İstanbulda mafiya liderləri arasında baş verən qarşıdurmalar əsasında qurulacaq. Jurnalist son dövrlər İstanbulda bir neçə mafiya liderinin öldürülməsini misal gətirib.