“Rayon məktəblərində elə adamlar çalışır ki, heç not bilmir”
"Bu il rayon və şəhərlərdə musiqi məktəblərinə qəbul yerləri azaldıldı".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, eyni zamanda bölgələrdə mədəniyyət sahəsində çalışan işçilərlə bağlı bir sıra qərarlar qəbul edildi: "Burada xüsusilə bir məsələni qeyd etmək istəyirəm. Misal üçün mənim təmsil etdiyim bölgədə 5 kitabxanada belə bir problem var. Kitabxananın işçisinin 65 yaşı tamam olub, təqaüdə göndərilib və yerinə işçi götürülməyib. Bu gün həmin 5 kitabxananın fəaliyyəti dayanıb. Hesab edirəm bu məsələnin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var".
Parlament sədrinin müavini Rafael Hüseynov isə qeyd edib ki, bu sahədə də yenilik olmalıdır: