Rəsmi Tehran Trampa cavab verdi
İran maksimum təzyiq siyasətini davam etdirdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlara girməyəcək.
meqale.com xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi deyib.
"ABŞ Prezidenti Donald Trampın maksimum təzyiq siyasətini tətbiq etdiyi müddətdə İran ABŞ-la nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək", - nazir bildirib.