Roma Papasının son vəziyyəti AÇIQLANDI
İkitərəfli pnevmoniyadan əziyyət çəkən Roma Papası Fransiskin vəziyyəti kritik, lakin sabit qalır.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxtın Mətbuat Xidmətinin bəyanatında deyilir.
"Roma Papasının vəziyyəti kritik, lakin sabit qalır. Kəskin tənəffüs tutmaları təkrar olunmayıb", - deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, pontifikə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.