Ronaldunun Sardiniya adasındakı ailə tətili - FOTO
Dünya şöhrətli futbolçu Kriştianu Ronaldu ailəsi ilə birgə tətilə yollanıb.
meqale.com bizim.media-ya istinadən bildriir ki, Ronaldu sevgilisi Corcina Rodrigez və övladları ilə birlikdə lüks yaxtasında İtaliyanın Sardiniya adasına istirahətə gedib.
Corcina Ronaldu ilə yaxtada uzanaraq günəş vannası qəbul edib. Həmin anları isə ulduz futbolçunun sevgilisi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Rodrigez paylaşımlarına "Ailə ilə yay tətili!" qısa şərhini yazıb.