Röyadan Ayaz Salayevə sərt cavab! - yenilənib - VİDEO
18:53
Xalq artisti Röya Ayxan onun Kann Film Festivalındakı iştirakı ilə bağlı qalmaqallı fikirlər səsləndirən Əməkdar incəsənət xadimi Ayaz Salayevə cavab verib.
meqale.com xəbər verir ki, estrada ulduzu inataqramda paylaşdığı videoda bu sözləri deyib:
"Deyirlər, rəhmətliklər diriliblər. Enerjiyə gəlmisiniz, elə bilirsiniz, gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram! Məni görəndə salamlaşırsınız. Özünüzə gəlin. Mən ölənləri diriltməyə öyrəşmişəm, amma siz elə ölü qalın. Bəli birinci mənəm, hər şeyin ən gözəlini, ən layiqincə edəni mənəm. Çünki oxuduğum kimi ürəyim var. "Hadi" oradan!".
------------ 07:07 "Kann Film Festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir".
meqale.com xəbər verir ki, bu fikirləri qaynarinfo.аz-a açıqlamasında kinorejissor, kinoşünas və senarist, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev bildirib.
"Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb".
Röya Ayxanın "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.