Rusiya-ABŞ danışıqları başa çatdı - YENİLƏNİB - VİDEO

Nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Görüş 4 saat yarım davam edib. 

Rusiya-ABŞ danışıqları başa çatdı - YENİLƏNİB - VİDEO
Nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Görüş 4 saat yarım davam edib. 

Y.Uşakovun sözlərinə görə, tərəflərin dialoqu yaxşı keçib. O bildirib ki, Rusiya və ABŞ bir-birilərinin maraqlarını nəzərə almaq barədə razılığa gəliblər. 

O, həmçinin əlavə edib ki, Rusiya və ABŞ prezidentləri arasında görüşün konkret tarixlərini hələ demək çətindir. /Qafqazinfo

--------

12:09

ABŞ və Rusiya nümayəndə heyətlərinin Ər-Riyadda görüşü başlayıb.

meqale.com xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Məlumata görə, danışıqlar kral ailəsinin saraylarından olan "Albasatin" kompleksində aparılır.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edir. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar keçirəcək.