Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi
"Rusiya tərəfi ilə keçmiş prezident Bəşər Əsədin Suriyaya təhvil verilməsi barədə danışıqlar aparılıb və Moskva yeni hökumətin xahişini yerinə yetirməkdən imtina edib".
meqale.com oxuya istinadən xəbər verir ki, bunu Suriya lideri Əhməd əş-Şaraa "The New York Times" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya uzun illər Suriya hakimiyyətini dəstəkləyib və ümid edir ki, bu ittifaq gələcəkdə də davam edəcək.