Rusiya "dondu" - -65 dərəcə şaxta qeydə alındı
Yanvarın 2-də Yakutiyanın (Rusiya) 19 şəhər və qəsəbəsində havanın temperaturu -50 dərəcədən aşağı olub.
meqale.com xəbər verir ki, bu barədə Ural Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsi xəbər yayıb.
Ən aşağı temperaturlar Oymyakon, Batamay və Namtsı qəsəbələrində qeydə alınıb, burada termometrin göstəricisi -55°C-yə düşüb. Ust-Nera, Amqa və Çurapçada havanın temperaturu -54°C olub. Itık-Kyuel və Berdigestyaxda isə bir qədər "isti" olub - orada termometrin göstəricisi -53°C-ni göstərib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Hidrometeoroloji Mərkəzi yanvarda Uzaq Şərqdə temperatur rejiminin normadan aşağı olacağı barədə xəbərdarlıq etmişdi.