Rusiya kəşfiyyatı general Moskalikin qətlinin təfərrüatlarını açıqladı
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leytenant Yaroslav Moskaliki öldürən kustar üsulla hazırlanmış partlayıcı qurğu trotil blokları, boltlar və mismarlardan yığılıb.
meqale.com xəbər verir ki, bu, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB)hadisə yerində lentə aldığı videoda da açıq görünür.
Kadrlarda partlayıcı qurğunun hissələri, onun doldurulduğu boltlar və mismarlar əks olunub.