"Rusiya-Ukrayna müharibəsi bu həftə bitə bilər"
ABŞ prezidenti Donald Tramp bu həftə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün razılığa gələ bilər.
meqale.com xarici mediaya istinadla xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Leavitt bildirib ki, prezident Tramp "inamlıdır" və saziş ABŞ-ın "xərclərini ödəyə bilər".
ABŞ prezidenti Donald Tramp və komandası Ukrayna müharibəsini bitirmək üçün danışıqları davam etdirməyə cəmlənib və bu həftə müharibənin dayandırılması ilə bağlı razılaşma əldə oluna bilər.
Leavitt ABŞ və Ukrayna arasında mümkün razılaşmanın iki ölkə arasında iqtisadi əlaqələr və Ukraynanın yenidən qurulması üçün vacib olduğunu vurğulayıb.