Rusiya və ABŞ BMT TŞ-nin iclasının çağırılması üçün müraciət etdi
Rusiya və ABŞ BMT Təhlükəsizlik Şurasına Suriyadakı vəziyyətlə bağlı qapalı məsləhətləşmələrin keçirilməsi üçün sorğu göndərib.
meqale.com xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Qapalı məsləhətləşmənin bu gün mətbuata qapalı olaraq keçiriləcəyi və münaqişənin dayandırılması üçün həll yollarının müzakirə ediləcəyi gözlənilir.