Rusiyada ana körpəsini divara çırpdı, cinayət işi açıldı

Rusiyada ana körpəsini divara çırpıb.

Rusiyada ana körpəsini divara çırpdı, cinayət işi açıldı
Rusiyada ana körpəsini divara çırpıb.

meqale.com yerli mətbuata istinadən xəbər verir ki, faciəvi hadisə Rusiyanın Kaluqa vilayətinin Maloyaroslavets şəhərində baş verib.

23 yaşlı qadın, 54 yaşlı əri ilə mübahisə zamanı qucağında olan dörd aylıq oğlunu möhkəm şəkildə divara çırpıb.

Körpə təcili olaraq xəstəxanaya yerləşdirilib və ona kəllə sınığı diaqnozu qoyulub. Hadisə ilə əlaqədar rayon İstintaq Komitəsi tərəfindən "adam öldürməyə cəhd" maddəsi üzrə cinayət işi açılıb və ana saxlanılıb. İstintaq hadisənin dəqiq şəraitini araşdırır.