Rusiyada ticarət mərkəzində atışma - 4 yaralı var - YENİLƏNİB
20:53
Rusiyanın Mıtişi şəhərində yerləşən "Krasnıy kit" ticarət mərkəzində baş verən atışmada yaralananların sayı 4-ə çatıb.
APA Rusiya mediasına istinadən xəbər verir ki, onların vəziyyəti orta ağır qiymətləndirilir.
--------
20:34
Rusiyanın Mıtişi şəhərində yerləşən "Krasnıy kit" ticarət mərkəzində baş verən atışmada 3 nəfər yaralanıb
meqale.com xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı gənc şəxs saxlanılıb.
Dərhal hadisə yerinə polis əməkdaşları gəlib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.