Rusiyadan uçan daha bir təyyarə geri qayıtdı
Mineralnıye Vodıdan Dubaya uçan Azimut Hava Yollarına məxsus təyyarə sistemlərindən birində indikatorun nasazlığı səbəbindən hava limanına qayıdıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə aviaşirkət açıqlama yayıb.
"Uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə Mineralnıye Vodı-Dubay reysinin komandiri təyyarə sistemlərindən birinin işləmə göstəricisinin aktivləşməsi ilə əlaqədar 2025-ci il fevralın 23-də hava limanına qayıtmaq qərarı verib", - məlumatda bildirilir.