Rusiyadan XƏBƏRDARLIQ - Şərqi Avropadakı nüvə obyektlərini...
"Smolensk Atom Elektrik Stansiyasına (AES) NATO raketləri ilə hücum cəhdi edilərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər".
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib.
"Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna AES, Rovno AES və Xmelnitski AES-ə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır. Artıq burada çəkinməli bir şey yoxdur"- deyə, o qeyd edib.
Bazar günü bəzi teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk AES-ə raketlərlə hücum etmək istəməsi ilə bağlı xəbərlər yayılıb.