Rusiyalı fenomen faciəvi şəkildə öldü - Saatlarla qaynar suda qalıb... - FOTO

Rusiya fenomeni Viktoriya Lerman fevralın 9-na keçən gecə hamamda ölü tapılıb.

Rusiyalı fenomen faciəvi şəkildə öldü - Saatlarla qaynar suda qalıb... - FOTO
Rusiya fenomeni Viktoriya Lerman fevralın 9-na keçən gecə hamamda ölü tapılıb.

meqale.com xarici mediaya istinadla xəbər verir ki, ilkin araşdırmalara görə, qaynar suyun təsirindən huşunu itirən Lerman saatlarla krandan axan qaynar suyun altında qalıb. Hadisə "təsadüfən ölüm" kimi qiymətləndirilsə də, fenomenin yaxın ətrafı hadisənin qətl ola biləcəyini iddia edib. Narkotikdən istifadə etdiyi deyilən Lermanın sevgilisi dəfn mərasiminə qatılmamasını şübhəli bir davranış olaraq qiymətləndirib.

Yanma nəticəsində bədəni ciddi şəkildə deformasiyaya uğrayan Lermanın sevgilisi tərəfindən ölü tapıldığı bildirilib.

İstintaq orqanları hadisənin baş verdiyi mənzildə narkotik maddə tapdıqlarını açıqlayıb. Səlahiyyətlilər Lermanın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün yarılma nəticələrini gözlədiklərini qeyd ediblər.