"Rusiyanın bu şəkildə getməsini istəmirik"

Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın iki ölkə arasındakı münasibətlərə ziyan vuraraq respublikanı tərk etməsini istəmir.

Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın iki ölkə arasındakı münasibətlərə ziyan vuraraq respublikanı tərk etməsini istəmir.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Suriyanın yeni hökumətinin başçısı Əhməd əş-Şara (Colani) deyib.

"Suriyanın Rusiya ilə strateji maraqları var. Biz Rusiyanın Suriya ilə münasibətlərinə uyğun gəlməyən bir şəkildə getməsini istəmirik", - Əş-Şara bildirib.

Qeyd edək ki, Rusiyanın Suriyadakı iki mühüm hərbi bazasının taleyinə hələ də aydınlıq gətirilməyib.