Sabah bu ərazilərdə işıq sönəcək - YENİLƏNİB
23:01 Sentyabrın 25-də Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
meqale.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib.
Bildirilib ki, Parağaçay 35 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.
Bu səbəbdən saat 10:00-dan 11:00-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver Qoruqları, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.
---------- 09:42 Bu gün Masallı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
meqale.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində sentyabrın 24-də 35 kV-luq "Əminli" hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhərin bir hissəsində, eləcə də rayonun Dəlləkli, Əminli, Ərəb, Hacıtəpə, Həsənli, Xallıcalı, Xırmandalı, Köcəkli, Kürdəbazlı, Qarğalıq, Qədirli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.