Sabiq erməni nazirin ABŞ-dəki malikanəsi müsadirə olundu

ABŞ məhkəməsi Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus Los-Ancelesdəki malikanənin müsadirə edilərək ən yüksək bazar qiymətinə satılması barədə qərar qəbul edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, malikanə cinayət mənşəli mülkiyyət sayılır. Məhkəmə malikanənin müsadirə edilməsi və satılması barədə qərarı Ermənistan Baş Prokurorluğu ilə ABŞ-nin müvafiq orqanlarının əməkdaşlığı nəticəsində qəbul edib. Hazırda erməni və amerikalı tərəflər malikanənin satışından əldə ediləcək məbləğin böyük hissəsinin Ermənistana qaytarılmasını təmin etmək üçün danışıqlar aparır.

Qeyd edək, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsi bundan əvvəl keçmiş nazirin oğulları - Qurgen və Artem Xaçatryanlara qarşı cinayət işi açıb. Ermənistan və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində ABŞ-də müvafiq məhkəmə prosesi başlayıb.