Şahbaz Şərif İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Şahbaz Şərif İlham Əliyevi təbrik edib

Təbrikdə deyilir:

"Hörmətli Prezident,

Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm, xoşbəxtlik və firavanlıq arzulayıram".