Salyanda ağır qəza: Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin xilas EDİLDİ - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Salyan rayonunun Kürsəngi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Nazirlikdən meqale.com-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Hyundai Tucson" markalı minik avtomobilinin, ilkin ehtimala görə, yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirirək çevrilməsi nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalması müəyyən olunub.