"Şəbnəmin hansı "keyfiyyətli" işindən danışırsınız?"
Müğənni Xuraman Şuşalı Şəbnəm Tovuzlunun kliplərini keyfiyyətsiz adlandırıb.
meqale.com xəbər verir ki, "Rəngarəng" verilişində olan sənətçiyə aparıcı Zaur Nəbioğlu Şəbnəmin kliplərindən danışıb. Onun tərif dolu sözləri Xuramanı əsəbiləşdirib.
"Zirvə nədir? Toydur, yoxsa orada verilən puldur? Şəbnəmin hansı "möhtəşəm" işindən, proyekt kimi görünən klipindən danışırsan? Reallıqdan danışırıqsa, bəsdirin. Keyfiyyət də başqa bir şeydir. Gündəm başqadır, keyfiyyət başqa" deyə, sənətçi bildirib.