Səhiyyə xərcləri 3,8 faiz artırılacaq
Gələn il üçün proqnozlaşdırılan səhiyyə xərcləri məlum olub.
meqale.com-ın xəbərinə görə, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.
Gələn il bu sahəyə 2 milyard 069 milyon 680.4 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 76 milyon 102 min manat, yaxud 3,8 faiz çoxdur. 2025-ci ildə səhiyyə sahəsinə 1 milyard 993 milyon 578,3 min manat ayrılması nəzərdə tutulub.