"Səidəni mən yüksək zirvələrə qaldırmışam"

Səidə Dadaşovanın həyat yoldaşı ifaçıya dəstəyindən danışıb.

Səidə Dadaşovanın həyat yoldaşı ifaçıya dəstəyindən danışıb.

meqale.com xəbər verir ki, son günlər adı qalmaqallarda hallanan müğənni Səidə Dadaşovanın həyat yoldaşı onun karyerasındakı rolu və dəstəyi barədə açıqlama verib.

O bildirib ki, Səidəni musiqi sahəsində yüksək zirvələrə çıxaran şəxs özüdür:

"Səidəni mən yüksək səviyyəyə qaldırmışam. Əgər ona bir prodüser tutsaydım, aylıq ən azı 2-3 min manat xərcləməli olardım. Bu gün mən yoxam ki, onun üçün daha yaxşı iş görəcək biri tapılsın? Nəticə ortadadır. Səidə hazırda hansı səviyyəyə çatıb, hamı görür".

Xatırladaq ki, Səidə Dadaşova son günlər ailəsi ilə yaşadığı qalmaqalla gündəmə gəlib və bu, media və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.