Şəkil çəkdirmək istəyən qadın canından oldu - FOTOlar

Şri-Lankada faciəli hadisə baş verib.

Şəkil çəkdirmək istəyən qadın canından oldu - FOTOlar
Şri-Lankada faciəli hadisə baş verib.

meqale.com xarici mediaya istinadla xəbər verir ki, 53 yaşlı rusiyalı turist Olqa Perminova məşhur Podi Menike qatarında şəkil çəkdirmək üçün vaqondan asılarkən yıxılaraq həyatını itirib.

Yerli mətbuatın məlumatına görə, Perminova açıq qapıdan çölə söykənərək iki dəmir barmaqlıqdən yapışıb və başını vaqondan kənara çıxarıb. Bu zaman qatar hərəkətdə olarkən başı qayaya dəyib və o, ağır kəllə-beyin travması alıb. Son görüntülərində çəhrayı paltarda olan turist hadisədən qısa müddət sonra xəstəxanada dünyasını dəyişib.

Rus diplomatları Perminovanın cəsədinin vətəninə qaytarılması üçün iş aparır.