Starmerin Zelenskiyə Trampla bağlı dedikləri yayıldı - FOTO
Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə ABŞ lideri Donald Tramp ilə əlaqələri normallaşdırmağın vacibliyini vurğulayıb.
"Financial Times" qəzetinin məlumatına görə, Starmer bildirib ki, ABŞ-ın dəstəyi olmadan Ukrayna üçün sülh uzunmüddətli olmayacaq.
Görüşdə Ukrayna və Avropanın gələcəyi, təhlükəsizlik təminatları və Qərbin Ukraynaya dəstəyinin davamlılığı kimi məsələlər müzakirə edilib.