Sumqayıtda ticarət mərkəzində yanğın söndürüldü - YENİLƏNİB - FOTOlar
10:04
Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində başlayan yanğın məhdudlaşdırılıb.
meqale.com xəbər verir ki, FHN yanğınsöndürmə briqadasının müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.
09:25
Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində yanğın başlayıb.
meqale.com xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.