Suriyanın Dünya Bankına olan borcunu bu ölkələr ödədi
Suriyanın Dünya Bankına olan 15,5 milyon dollar borcu ödənilib.
meqale.com xəbər verir ki, bu haqda Dünya Bankı açıqlama yayıb.
Dünya Bankı Suriyanın banka olan borcunun Səudiyyə Ərəbistanı və Qətər tərəfindən ödənildiyini açıqlayıb:
"Suriyanın Beynəlxalq İnkişaf Assosiasiyasına (BİA) təxminən 15,5 milyon dollarlıq borcu ödənilib".