Tacikistanda iki gün ərzində beşinci zəlzələ oldu
Tacikistanda son iki gündə artıq beşinci zəlzələ baş verib.
meqale.com xəbər verir ki, bu barədə məlumatı ölkə hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi (FHN) yayıb.
Komitənin açıqlamasına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:44-də (Bakı vaxtı ilə 03:44) qeydə alınıb. Zəlzələnin gücü episentrdə 3-4 bal, Rəşt rayonunda isə 3 bal təşkil edib.
"İlkin məlumatlara əsasən, tələfat və dağıntı qeydə alınmayıb," - FHN-dən bildirilib.