Tanınmış aktrisanın oğlu küçələrdən "butulka" yığır: "Əsirlikdə qoluma xaç damğası vurdular"
Tanınmış mərhum aktrisa Münəvvər Kələntərlinin oğlu Əli Məhəmmədovun acınacaqlı həyat şəraiti ilə bağlı görüntülər yayılıb. meqale.com xəbər verir ki, Ə. Məhəmmədov hazırda küçə şəraitində yaşadığını və dolanmaq üçün şüşə qab yığıb təhvil verdiyini bildirib.
Aktrisanın oğlu Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Onun sözlərinə görə, döyüşlər zamanı ermənilərə əsir düşüb və əsirlikdə olarkən qoluna xaç damğası vurulub.
İddia edir ki, rejissor Ceyhun Mirzəyevin məşhur "Fəryad" filmindəki əsir obrazı məhz onun həyat hekayəsinə əsaslanaraq yaradılıb. Ə. Məhəmmədovun sözlərinə görə, dörd erməni ilə dəyişdirilərək əsirlikdən azad olunub.
Hazırda imkansız vəziyyətdə yaşadığını bildirən Ə. Məhəmmədov ictimaiyyətə müraciət edərək kömək istəyib.
Qeyd edək ki, Ə. Əhmədov moderator.az- a açıqlamasında bildirmişdi ki, anasının ikinci evliliyindən doğulub:" Anam da, bacım da 51 yaşında rəhmətə gedib. 60 yaşın içindəyəm. İki oğul, iki qızım var. Bir oğlum Rusiyada yaşayır, generaldır. O biri oğlum evlənəndən sonra Balaxanıya köçdü, kiçik qızım ailəsi ilə kirayədə yaşayır, mən isə böyük qızım və yoldaşımla Keşlədə qəzalı evdə qalıram. Dolana bilmirəm, məcburam ki, küçələrdən butulka yığıb satım. Yaxud da kiməsə kömək etməliyəm ki, mənə əvəzində bir çörək pulu versin".