"Təəssüf ki, bu il medal qazana bilmədim"
III Avropa Oyunları ötən ilkinə nisbətən daha yaxşı oldu, lakin təəssüf ki, bu il medal qazana bilmədim.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Əlbəttə istərdim ki vətənə medal ilə qayıdım. Keçən il Avropa oyunlarında finala qalmadım. Bu səfər 10 metrədən cəmi 1 xal çatmadı finala, indi isə 25 metrədən finalda idim. Amma təəssüf ki, medalsız qaldım. Növbəti yarışlar üçün hazırlaşıram",- deyə o əlavə edib.