"Tehran nüvə silahı yaratmağa yaxındır"

İran parlamentinin üzvü Hüseyn İmami-Rad ölkəsinin nüvə silahı yaratmağa yaxın olduğunu bildirib.

İran parlamentinin üzvü Hüseyn İmami-Rad ölkəsinin nüvə silahı yaratmağa yaxın olduğunu bildirib.

meqale.com "Sputnik"ə istinadən xəbər verir ki, deputat Tehranın buna "təsəvvür ediləndən də yaxın" olduğunu deyib.

Onun sözlərinə görə, ölkəni nüvə silahı əldə etməkdən çəkindirən yeganə amil Ali lider Ayətullah Əli Xameneinin fətvasıdır.