Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
17-18 fevralda İranın Tehran şəhərində Xəzəryanı ölkələrin baş nazirlərinin iştirakı ilə İqtisadi Əməkdaşlıq Forumu keçiriləcək.
meqale.com bildirir ki, bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Forum İranın 1-ci vitse-prezidenti Məhəmməd Rza Arif evsahibliyi ilə keçiriləcək.
Foruma Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan baş nazirlərinin qatılacağı bildirilir.