Təyyarə avtomobil dayanacağına çırpıldı
ABŞ-nin Pensilvaniya ştatında kiçik təyyarə qəzaya uğrayıb.
meqale.com xəbər verir ki, Pensilvaniyada yaşayış kompleksi və qocalar evinin yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.
Hadisə yerli vaxtla saat 15:20-də baş verib. Təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil də yanıb. Qəza yerinə təcili yardım xidmətinin qrupları cəlb olunub.
Hadisə yanğınla nəticələnib. Təyyarənin Lankaster hava limanından havaya qalxdığı, lakin havaya qalxdıqdan az sonra idarəetməni itirərək qəzaya uğradığı bildirilir.
İnternetdə pilotun dispetçerlə hava limanına qayıtmalı olduğunu bildirən səs yazısı yayılıb.
Təyyarədə beş nəfər olub. Hazırda qəzanın səbəbi məlum deyil.