Təyyarənin mühərriki mexaniki uddu: Faciəli hadisənin təfərrüatı
İranın cənubunda yerləşən hava limanında dəhşətli hadisə baş verib. Belə ki, mexanik "Boeing" təyyarəsinin texniki xidməti zamanı işləyən mühərrikə yaxınlaşarkən faciəli şəkildə həyatını itirib.
meqale.com oxuya istinadən xəbər verir ki, hadisə Çabahar-Konarak hava limanında baş verib.
Məlumata görə, faciə baş verəndə sərnişinlər Tehrandan gələn təyyarəni artıq tərk etmişdilər. Texniki yoxlama məqsədilə təyyarənin sağ tərəfindəki mühərrik işə salınıb. Mexanik mühərrikin içərisində alətini unutduğunu düşünüb və onu götürmək üçün işləyən mühərrikə yaxınlaşıb. Bu zaman mühərrik onu içəri çəkib.